Tanınmış aktyor Erkan Petekkaya bir gündə iki dəfə ziyana düşüb. “Qafqazinfo” xəbər verir ki, gündüz saatlarında xanım sürücü idarəetməni itirərək aktyorun İstanuldakı restoranına girib.
Həmin görüntülər “Duymayan Kalmasın” verilişində yayımlanıb. Videodan məlum olub ki, Petekkayanın obyektinə ciddi şəkildə ziyan dəyib.
Bundan əlavə, axşam saatlarında həmin restoranda güclü yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilsə də, məkan külə çevirilib.
Qeyd edək ki, bir müddət əvvəl Petekkayanın yaxtasında da güclü yanğın baş vermişdi.
Son xəbərlər
Son Xəbərlər