Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Prezident İlham Əliyevə təşəkkür edib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Peter Mixalko tviter hesabında yazıb.
O bildirib ki, İ. Əliyevin tapşırığı ilə Ukraynaya olunan yardım Kaxovka bəndinin bərpasında böyük rol oynayır:
“Ukraynaya növbəti humanitar yardım göndərən Azərbaycana dərin təşəkkür və... minnətdarlığımızı ifadə edirik! Bu, dəhşətli cinayətin - Kaxovka bəndinin dağıdılmasının nəticələrini aradan qaldırmağa kömək edir”.
Qeyd edək ki, humanitar yardım Ukrayna tərəfindən daxil olmuş müraciət nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə göndərilib.
Son xəbərlər
Son Xəbərlər