Peterburq metrosunda bomba həyəcanı - Yenilənib

peterburq-metrosunda-bomba-heyecani
Oxunma sayı: 1690

Sankt-Peterburqun Fövqəladə Xidmət Mərkəzinə şəhərin 20 metrostansiyasının partladılacağı ilə bağlı anonim zəng olunub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hazırda təhlükə ilə bağlı stansiyalarda yoxlanışlar aparılır.

Polis və Peterburq metropolitenindən informasiya ilə bağlı açıqlama verilmir.

**

Sankt-Peterburq metropolitenində 20 metrostansiyanın partladılacağı ilə bağlı anonim zəng səbəbindən yoxlama aparılıb. “Qafqazinfo” bildirir ki, bu barədə “RBK”ya “Peterburqski metropoliten” Dövlət Unitar Müəssisəsinin mətbuat xidmətindən məlumat verilib.

İnsident yerli vaxtla saat 14:00 radələrində baş verib. “Bütün stansiyaları yoxladıq, şübhəli heç nə aşkarlamadıq. Bununla hüquq mühafizə orqanları məşğul idi, başqa heç nə bilmirik”, - mətbuat xidmətindən bildirilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin regional mərkəzi və Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsinin mətbuat xidmətləri sözügedən məlumatı şərh etməyiblər.