Moskva vilayətinin Odintsovo rayonunda Sankt-Peterburq metrosunda törədilmiş terror aktının təşkilatçılarından biri saxlanılıb.
“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumaat görə, saxlanılan şəxs Mərkəzi Asiyadan olan 1990-cı il təvəllüdlü Əbror Əzimovdur. O, hazırda İstintaq Komitəsində dindirilir.
Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq şəhərində “Texnoloji İnstitut” metropolitenində baş vermiş partlayış nəticəsində 14 nəfər ölüb, 51 nəfər yaralanıb. 20 yaşlı azərbaycanlı Dilbər Əliyeva faciə qurbanı olub, 28 yaşlı Zaur Vəliyev isə ağır yaralanıb.
Teraktı törədən canlı bomba Əkbərcan Cəlilov da partlayış zamanı ölüb.
Aprelin 6-da isə terror aktına görə 8 nəfər saxlanılıb.
Son xəbərlər
Son Xəbərlər