Peterburq teraktının təşkilatçısı həbs olundu

peterburq-teraktinin-teskilatcisi-hebs-olundu
Oxunma sayı: 795

Moskvanın Basman rayon məhkəməsi Sankt-Peterburq şəhərində “Texnoloji İnstitut” metropolitenində törədilən terror aktının təşkilatçılarından biri qismində saxlanılan Qırğızıstan əsilli Əbror Əzimov haqqında həbs-qətimkan tədbiri seçib.

“Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi məlumata görə, Rusiya vətəndaşı olan Əbror Əzimov iyunun 3-dək  həbsdə qalacaq.

O, məhkəmədə çıxışı zamanı bildirib ki, teraktın təşkilatında iştirak edərək əmrləri yerinə yetirib, lakin bunların nə məqsəd daşıdığı haqda məlumatlı olmayıb. 

Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq şəhərində “Texnoloji İnstitut” metropolitenində baş vermiş partlayış nəticəsində 14 nəfər ölüb, 51 nəfər yaralanıb. 20 yaşlı azərbaycanlı Dilbər Əliyeva faciə qurbanı olub, 28 yaşlı Zaur Vəliyev isə ağır yaralanıb.
Teraktı törədən canlı bomba Əkbərcan Cəlilov da partlayış zamanı ölüb.
Aprelin 6-da isə terror aktına görə 8 nəfər saxlanılıb.