Peterburqda 3 günlük matəm elan olundu

peterburqda-3-gunluk-matem-elan-olundu
Oxunma sayı: 738

Sankt-Peterburq hökuməti metroda baş vermiş partlayışla bağlı şəhərdə 3 günlük matəm elan edib.

“Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə şəhərin qubernatoru Andrey Kibitovun mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində 10 nəfər həlak olub, 47 nəfər yaralanıb. Rusiya Baş Prokurorluğunun nümayəndəsi baş verən partlayışı terror hadisəsi adlandırıb.