Peterburqda içərisində 25 sərnişin olan toy avtobusu yandı - Video

peterburqda-icerisinde-25-sernisin-olan-toy-avtobusu-yandi
Oxunma sayı: 1957

Sankt-Peterburqda içərisində 25 nəfər sərnişinin olduğu toy avtobusu yanıb.

“Qafqazinfo” “Ren TV”yə istinadən xəbər verir ki, xoşbəxtlikdən, yanğın zamanı xəsarət alan olmayıb. Sərnişinlər yanğın başlayan zaman avtobusu tərk ediblər. Getdikcə güclənən alov nəqliyyat vasitəsini külə döndərib.

Hadisə yerində operativ xidmət işləyir, insidentin səbəbləri araşdırılır.