Peterburqda partlayış zamanı kursantlar dağıntı altında qalıb - Yaralılar var + Yenilənib

peterburqda-partlayis-zamani-kursantlar-daginti-altinda-qalib
Oxunma sayı: 3299

Sankt-Peterburq şəhərində yerləşən A.F.Mojaysk adına Hərbi-Kosmik Akademiyanın ərazisində mina partlayıb.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən xəbərinə görə, hadisə nəticəsində 4 kursant xəsarət alıb.

Partlayış akademiyanın inzibati binalarından birində dərs zamanı baş verib.

Kursantlar və akademiyanın əməkdaşları binadan təxliyyə ediliblər.

***

Məlumata görə, partlayış nəticəsində binada pilləkənlərin olduğu hissə çöküb. 10  nəfərin dağıntı altında qaldığı ehtimal edilir.

Hazırda binada xilasetmə əməliyyatı aparır.