Peterburqda saxlanılan ukraynalı konsul Rusiyanı tərk etdi

peterburqda-saxlanilan-ukraynali-konsul-rusiyani-terk-etdi
Oxunma sayı: 1314

Ukraynanın aprelin 17-də Sankt-Peterburqda saxlanılan konsulu Aleksandr Sosonyuk Rusiyanı tərk edib.

“Qafqazinfo” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko məlumat verib.

Xatırladaq ki, Sosonyuk hüquq mühafizə orqanlarının və FTX-nin məlumat bazalarından məxfi məlumat əldə etməkdə şübhəli bilinərək saxlanılıb. Hadisədən sonra Rusiya XİN Ukraynanın müvəqqəti işlər vəkilinin Rusiya ərazisini tərk etməsini istəyib. Kiyev buna cavab olaraq Rusiyanın Ukraynadakı səfirliyinin böyük diplomatı Yevgeni Çernikovu ölkədən göndərib.O, Ukrayna ərazisini bu gün tərk edib.