Peterburqdakı terakta görə 8 nəfər saxlanılıb

peterburqdaki-terakta-gore-8-nefer-saxlanilib
Oxunma sayı: 720

Rusiya İstintaq Komitəsi Sankt-Peterburq metrosunda törədilmiş terror aktına görə 8 nəfəri saxlayıb.

“Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə qurumun rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

Onun sözlərinə görə, 6 nəfər Peterburqda, 2 nəfər isə Moskvada saxlanılıb.

Xatırladaq ki, Sankt-Peterburq metrosunda törədilmiş terrakt nəticəsində 14 nəfər ölüb, 51 nəfər yaralanıb. 20 yaşlı azərbaycanlı Dilbər Əliyeva faciə qurbanı olub, 28 yaşlı Zaur Vəliyev isə ağır yaralanıb.