Sankt-Peterburqun 32 yaşlı sakini koronavirus şübhəsi ilə yerləşdirildiyi Botkinsk xəstəxanasının karantin otağından qaçıb.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, qadın yanvarın 30-da Çindən qayıdıb, fevralın 4-də isə boğaz ağrısı ilə təcili yardıma müraciət edib. Əvvəlcə bir gün karantinə alınacağı deyilsə də, ikihəftəlik karantinə göndərilən qadın dəqiq elmləri bildiyi üçün elektrik zəncirini bağlayıb qıfılı sındıraraq qaçdığını bildirib. O əlavə edib ki, həkimlərin indiyədək onu axtarmamaları təəccüblüdür.
Rusiyanın İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) məsələ ilə bağlı açıqlama verməkdə çətinlik çəkib.
Son xəbərlər
Son Xəbərlər