Rusiyada ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.
Məlumata əsasən insident Kursk vilayətin Şetinka kəndi ərazisində qeydə alınıb. Hadisə zamanı “Peugeot” və “Volkswagen” markalı avtomobillər toqquşub. Nəticədə 4-ü uşaq olmaqla 5 nəfər ölüb, daha 7 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Polis qəzanın başvermə səbəblərini araşdırır.
Son xəbərlər
Son Xəbərlər