“Peyğəmbər bir məkan axtarsaydı, Azərbaycanı seçərdi”

peygember-bir-mekan-axtarsaydi-azerbaycani-secerdi
Oxunma sayı: 2344

“Peyğəmbərlər Allahın dini kitablarda göstərdiyi kimi bir məkan axtarsaydırlar, belə məkanlardan biri Azərbaycan ola bilərdi. Çünki Azərbaycan bütün dinlərə və millətlərə qucaq asan bir məkandır”.

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı AzadlıqRadiosuna deyib.

O buna bənzər çıxışını “Dini və Milli Tolerantlıq - Millətlərarası münasibətlərin inkişaf etdirilməsində medianın rolu” adlı forumda da edib.

Mübariz Qurbanlı bildirir ki, Azərbaycan bu gün dünyada ən tolerant ölkələrdən biridir:

“Dini kitablarda əksini tapan ideyalar Azərbaycanda var. Bərabər, anlaşıqlı, tolerant bir cəmiyyət. Kiminsə Azərbaycanda tolerantlığın olmasına şübhəsi varsa, biz onları öz ölkəmizə dəvət edirik. Onlar özləri gəlib, buna şahid ola bilərlər”.

Mübariz Qurbanlı Azərbaycanda kimlərinsə dini baxışlarına görə, fərqli xalq və millətlərə basqı edilməydini vurğulayıb.