Peyğəmbər məscidinin yaxınlığında partlayış - 4 ölü, 4 yaralı + Yenilənib

peygember-mescidinin-yaxinliginda-partlayis-
Oxunma sayı: 2879

Səudiyyə Ərəbistanının Mədinə şəhərində Məscid əl-Nəbavi (Peyğəmbər məscidi) yaxınlığında partlayış baş verib.

Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, terrorçu-kamikadze nəzarət-keçid məntəqəsində partlayıcı qurğunu işə salıb.

İlkin məlumata görə, səudiyyəli hərbçilər arasında itkilər ola bilər.

***

Partlayış nəticəsində 2 nəfər həlak olub.

***

Hadisə nəticəsində təhlükəsizlik xidmətinin 4 əməkdaşı həlak olub, 4 nəfər isə xəsarət alıb.