Bu sualla oxucular islam.az-a müraciət ediblər. “Qafqazinfo” saytın suala cavabını təqdim edir:
“Peyğəmbərimiz qətiyyən qadın düşkünü və şəhvət əsiri olmayıb.
Muhəmməd Peyğəmbər (s) 25 yaşından 50 yaşına kimi yalnız bir qadınla yaşamış, ondan başqa qadınla evlənməyib.
Elə gənc yaşlarında özündən yaşca böyük olan Xədicə ilə ailə qurması bunu göstərır ki, o həzrət, gələcək həyat yoldaşını zahiri gözəlliyə və cavanlığa görə deyil, iman və əxlaqa görə seçirdi. Peyğəmbər bəzi qadınları almaqla, onların ailəsi və qəbiləsi ilə olan münasibətləri daha da sıxlaşdırıb.
Bəzi qadınlar isə öz himayədarını itirib dul qaldıqdan və ya cihadda müsəlmanlara əsir düşdükdən sonra Peyğəmbər onların izzət və iffətıni qorumaq, səfillikdən xilas etmək, uşaqlarına qayğı göstərmək məqsədilə onları evinə gətirib özünə məhrəm edib”.
Son xəbərlər
Son Xəbərlər