Yaponiyanın 2014-cü ilin dekabrında kosmosa göndərdiyi “Hayabusa 2” adlı süni peyki 3,5 ildə 3,2 milyard kilometrlik hərəkətdən sonra hədəfə çatıb.
“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, süni peyk Yer planetindən 300 milyon km uzaqda yerləşən Ryuqu adlı asteroidin yaxınlığında dayanıb.
Peykin həmin asterioidə təmas edərək xüsusi vasitə ilə nümunə götürəcək və Yerə geri qayıdacaq. “Hayabusa 2”nin 2020-ci ilin sonlarında qayıdacağı bildirilir.
Onun gətirəcəyi nümunələrdən Günəş sisteminin formalaşması ilə bağlı ipucunun əldə edilməsi gözlənilir.
Son xəbərlər
Son Xəbərlər