“Peyvənd ilin sonunda istifadəyə verilə bilər”

peyvend-ilin-sonunda-istifadeye-verile-biler
Oxunma sayı: 4339

“Dünyada pandemiyanın yayılma sürəti artır”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. 

O bildirib ki, ilk bir ayda virus 100 min insana yayılmışdısa, bu gün son sutkada yoluxma 180 min nəfər olub: “Koronavirusa qarşı bir çox peyvəndlər hazırlanır. Bir peyvənd artıq sınağın son mərhələsindədir. 

Ümid edirəm ki, 2020-ci ilin sonunda bu peyvənd tibb işçilərinin istifadəsinə veriləcək. Dekzametazon dərmanı da virusa yoluxmuş şəxslərin ölüm riskini azaldır”.

Murad Əhməd