Peyvənd olunan yeniyetmələrin sayı açıqlandı

Peyvənd olunan yeniyetmələrin sayı açıqlandı
Oxunma sayı: 1398

“Bu günə qədər ümumilikdə 20 minə yaxın şəxsin müraciətinə müsbət cavab verilib və həmin vətəndaşlar artıq əks-göstəriş sertifikatı alıblar”.

Bu barədə “Qafqazinfo”ya Səhiyyə Nazirliyindən məlumat verilib. Həmçinin bildirilib ki, bu günə qədər 357 nəfər yeniyetmə vaksinasiyada iştirak edib. Onlar arasında hər hansı ağırlaşma, yaxud fəsad qeydə alınmayıb.

Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda və hər iki valideyinin razılığı ilə peyvənd oluna bilərlər.

Gülnar Əliyeva