Peyvənd olunanların bugünkü sayı

peyvend-olunanlarin-bugunku-sayi
Oxunma sayı: 970

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1668 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 273, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 197, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1076, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 122 nəfərdir.