Peyvənd olunanların sayı açıqlandı

peyvend-olunanlarin-sayi-aciqlandi
Oxunma sayı: 2509

Azərbaycanda son sutkada koronavirus əleyhinə 62 588 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 516, ikinci mərhələ üzrə 46 072 nəfərdir.

Vaksinasiyadan keçənlərin ümumi sayı 8 169 473, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 668 637, ikinci mərhələ üzrə isə 3 500 836 nəfər təşkil edir.