Peyvənd olunanların sayı açıqlandı

peyvend-olunanlarin-sayi-aciqlandi
Oxunma sayı: 1083

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2140 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 541, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 188, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1254, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 157 nəfərdir.