Peyvənd olunanların sayı açıqlandı

peyvend-olunanlarin-sayi-aciqlandi
Oxunma sayı: 1233

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1576 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 386, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 162, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 875, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 153 nəfərdir.