“Peyvənd prezident seçkilərindən əvvəl də hazır ola bilər” - Tramp

peyvend-prezident-seckilerinden-evvel-de-hazir-ola-biler
Oxunma sayı: 1883

ABŞ Prezidenti Donald Tramp bildirib ki, koronavirus peyvəndi noyabrın 3-nə-prezident seçkiləri gününə hazır ola bilər. “Qafqazinfo” “Reuters” agentliyinə istinadən bildirir ki, Tramp müvafiq bəyanatı radioefirdə verib.

Jurnalist Ceraldo Riveranın peyvəndin yaranma müddəti barədə sualına Tramp belə cavab verib: “İlin sonundan əvvəl, ola bilsin, daha əvvəl".

Radio aparıcısı bunun noyabrın 3-dən tez baş verib-verməyəcini də soruşub. "Hesab edirəm ki, bəzi hallarda bu, daha əvvəl mümkündür, lakin təxminən bu vaxt", - deyə amerikalı lider bildirib.