“Peyvənd zaman keçdikcə təsirini itirir” - ABŞ rəsmisi

“Peyvənd zaman keçdikcə təsirini itirir”
Oxunma sayı: 1356

ABŞ Xəstəliklərə Nəzarət Mərkəzləri (CDC) koronavirusdan ölənlərin əksəriyyətinin peyvənd olunduğunu açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Baydenin sağlamlıq müşaviri Entoni Fauci deyib.

"Peyvənd zaman keçdikcə təsirini itirir. Koronavirus peyvəndlə qarşısı alına biləcək xəstəlik deyil. Davamlı və müntəzəm peyvənd tələb olunur, çünki xəstəlik daim mutasiyaya uğrayır və dəyişir.

Əhalinin əksəriyyəti peyvənd olunduğuna görə, ən yüksək ölüm nisbəti indi peyvənd edilmiş insanlar arasındadır",-deyə müşavir qeyd edib.