Peyvənddən sonra antiteli yaranmayanlara 3-cü doza vurula bilər?

peyvendden-sonra-antiteli-yaranmayanlara-3-cu-doza-vurula-biler
Oxunma sayı: 1900

“İki doza peyvənd olunmuş, lakin antitel yaranmayan şəxslərə 3-cü dozanın vurulması ilə bağlı məsələ aktiv müzakirədədir”.  

“Qafqazinfo” xəbər verir ki, bu barədə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva TƏBİB-in feysbuk səhifəsində canlı yayımda bildirib. 

O qeyd edib ki, həm Ümumdünya Səhiyyə Təşkilatı, həm də peyvənd şirkətləri tərəfindən hələ ki, bu məsələ təsdiq almayıb: “Çalışmanın nəticələri ilin sonuna doğru açıqlanacaq və ondan sonra bu məsələ aydınlaşacaq. Bu gün üçün belə bir göstəriş və ya təlimat yoxdur”.

Gülnar Əliyeva