Pezeşkian ilk xarici səfərini bu ölkəyə edəcək

pezeskian-ilk-xarici-seferini-bu-olkeye-edecek
Oxunma sayı: 6611

İran Prezidenti Məsud Peşezkian sözügedən postda ilk xarici səfərini İraqa edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Al-Mayadeen” portalı yayıb. 

Səfərin İraq Prezidenti Əbdüllətif Camal Rəşidin dəvəti ilə baş tutacağı qeyd olunub.

Həmçinin qeyd olunub ki, Peşezkian İraqa Nyu-Yorka planlaşdırılan səfərdən əvvəl yollanacaq.