İran Prezidenti Məsud Pezeşkian İraqa rəsmi səfərə yollanıb.
“Qafqazinfo” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu, Pezeşkianın İran prezidenti seçildikdən sonra xarici ölkəyə ilk səfəridir.
O, səfər çərçivəsində İraq Prezidenti Əbdüllətif Rəşid, Baş nazir Məhəmməd Şiya əs-Sudani, eləcə də parlamentin spikeri Möhsin Əl-Mandalavi ilə görüşlər keçirəcək.
***
İran prezidentinin İraqa səfərə başlayıb.
“Reuters”in məlumatına görə, onu Bağdad aeroportunda ölkənin Baş naziri Məhəmməd Şiya əs-Sudani qarşılayıb.
Pezeşkian səfər çərçivəsində İraqla bir sıra razılaşmaların imzalanacağını açıqlayıb.