“Pfizer-BioNTech”in azyaşlılara vurulması üçün müraciət edildi

pfizer-biontechin-azyaslilara-vurulmasi-ucun-muraciet-edildi
Oxunma sayı: 1245

“Pfizer-BioNTech” vaksininin ABŞ-da 12-15 yaşlılara tətbiqi üçün ABŞ Qida və Dərman Dairəsinə müraciət edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müraciət təcili istifadəni nəzərdə tutur.

Şirkətin açıqlamasında bildirilib ki, keçən ay aparılan araşdırmaya əsasən, vaksinin 12-15 yaşlılarda 100 faiz təsir göstərdiyi müəyyənləşdirilib:

“Müraciətimiz qlobal vaksinasiya təşəbbüslərini genişləndirmək üçün hökumətləri dəstəkləmək çalışmaları baxımından vacib addımdır”.

Qeyd edək ki, “Pfizer-BioNTech” vaksini ABŞ-da ABŞ Qida və Dərman Dairəsindən istifadə icazəsi alan və istifadəsinə başlanılan ilk peyvənddir.