“Pfizer” “omicron”a qarşı vaksini nə vaxt hazır edəcək?

pfizer-omicrona-qarsi-vaksini-ne-vaxt-hazir-edecek
Oxunma sayı: 1537

Koronavirusun “omicron” ştamına qarşı peyvən mart ayına qədər hazır olacaq.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu “Pfizer” əczaçılıq şirkətinin rəhbəri Albert Burla deyib: 

“Mütəxəssislər bütün dünyada yayılan COVID-19-un yeni variantının xüsusiyyətlərini müəyyənləşdirməyə davam edirlər və indiyə qədər mövcud vaksinlərin, o cümlədən “Pfizer” tərəfindən hazırlanmış peyvəndlərin ona qarşı təsirli olub-olmadığını deyə bilmirlər.

Peyvəndə ehtiyac olarsa, mart ayında vaksinimiz hazır olacaq. Ehtiyac olub-olmayacağını bilmirəm. Bir neçə həftədən sonra biləcəyik”. 

O, “omicron” ştamına yoluxma hallarının sayının yaxın həftələrdə artacağını proqnozlaşdırıb. Burlanın sözlərinə görə, indiyə qədər irəli sürülən fərziyyə ondan ibarətdir ki, daha sürətli ötürülür, lakin xəstəliyin daha az ağır gedişinə səbəb olur.