“Pfizer” peyvəndi sınaqdan keçirilmədən istifadə olunub

pfizer-peyvendi-sinaqdan-kecirilmeden-istifade-olunub
Oxunma sayı: 3472

Oktyabrın 12-də Avropa Parlamentində (AP) əczaçılıq şirkətlərinin iclası keçirilib. İclasda iştirak edən “Pfizer”in rəsmisi koronavirus peyvəndlərinin sınaqdan keçirilmədən istifadə edildiyini açıqlayıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bunu iclasda iştirak edən Avropa Parlamentinin üzvü Rob Roosun sualını cavablandırarkən deyib.

Belə ki, R.Roos  “Pfizer”in nümayəndəsindən koronavirus peyvəndlərinin sınaqdan keçirilmiş məlumatlarını komissiyaya təqdim etməsini istəyib. “Pfizer” rəsmisi isə sınaqların aparılmadığını bildirərək bu etirafı ilə dünya ölkələrinin müzakirəsinə səbəb olub:

“Biz elmin sürəti ilə irəliləyirik və bazarla ayaqlaşırıq. Bunun necə işlədiyini öyrənməli idik”.

Bu etirafdan sonra sosial media istifadəçiləri #pfizer həştəqi ilə paylaşımlar edərək öz etirazlarını bu şəkildə göstəriblər.