“Pfizer” yeni vaksin hazırlığına başladı

pfizer-yeni-vaksin-hazirligina-basladi
Oxunma sayı: 1715

Amerikanın “Pfizer” şirkəti koronavirusun “omicron” ştamının yaranması fonunda yeni peyvənd hazırlamağa başlayıb və yeni vaksin 100 gündən az müddətdə hazır ola bilər. 

“Qafqazinfo” xəbər verir ki, bunu şirkətin rəhbəri Albert Burla bəyan edib. 

Onun sözlərinə görə, mövcud vaksinlərin yeni ştama qarşı daha az təsirli ola biləcəyi ehtimalı var. Nəticədə yeni vaksinlər tələb edilir: 

“Biz artıq cümə günündən işə başlamışıq. Cümə günü biz yeni peyvəndin hazırlanması prosesinin ilk hissəsi olan DNT matrisini hazırladıq. Peyvəndi 100 gündən az müddətdə əldə edə bilərik”.

Qeyd edək ki, koronavirusun Cənubi Afrikada tapılan B.1.1.529 ştamı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “omicron” adlandırılıb. Daha çox sürətli yayılma tempi olan “omicron”dan hələ ki ölüm halı qeydə alınmayıb.