PFL qara görə bir oyunu təxirə saldı

pfl-qara-gore-bir-oyunu-texire-saldi
Oxunma sayı: 1319

Bu gün səhər saatlarından Tovuzda başlayan qar şəhər stadionunun qarla örtülməsinə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, aparılan son araşdırmalardan sonra “Turan Tovuz” - “Sabah-2” oyununun bu gün nəzərdə tutulan vaxtda baş tutmayacağı məlum olub.

Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Təmizləmə işlərindən sonra qarşılaşmanın sabah saat 15:00-da Tovuz şəhər stadionunda keçirilməsi nəzərdə tutulub.