“Pik saatların olub-olmaması fərq etmir, tıxac həmişə olur”

pik-saatlarin-olub-olmamasi-ferq-etmir-tixac-hemise-olur
Oxunma sayı: 1257

“Son vaxtlar Bakı şəhərində tıxaclar çox müşahidə olunur. Artıq günün pik saatlarının olub-olmaması, iş və ya qeyri-iş gününün olması da fərq etmir. Bir müddət əvvəl bu məsələ Nazirlər Kabinetində müzakirə olunub və tədbirlər planı qəbul edilib. Bütün bunlar şəhər nəqliyyatında prioritetlərin dəyişdirilməsi zərurətini ortaya qoyub”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BNA-nın mətbuat katibi Mais Ağayev xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransında bildirib.

O qeyd edib ki, ictimai nəqliyyatın əlçatanlığını təmin etmək məqsədilə avtobuslar üçün xüsusi zolaqlar təşkil edilib: “Məqsədimiz şəhərin nəqliyyat sistemini inkişaf etdirməkdir. Bununla biz əhali üçün ictimai nəqliyyatın etibarlılığına nail ola bilərik. Pandemiyaya qədər də bu məsələ ilə bağlı xeyli tədbirlər görülüb, nağdsız ödəniş sisteminə keçilib, yeni avtobuslar alınıb”.

Gülnar Əliyeva