Məşhur ispan rəssam Pablo Pikassonun nəvəsi Marina Pikasso babasının 180-dək rəsm və heykəltəraşlıq əsərlərini hərraca çıxardıb.
“Qafqazinfo”nun AzərTac-a istinadən verdiyi məlumata görə, bu əsərlər uzun illər dahi rəssamın emalatxanasında saxlanılıb və heç vaxt ictimaiyyətə nümayiş etdirilməyib. Sotheby`s hərrac evində ümumilikdə 70 heykəl və 106 rəsm əsəri satışa çıxarılacaq. Pikassonu rəssam kimi tam qiymətləndirməyə imkan verən bu əsərlərin qiyməti 4-180 min funt sterlinq ətrafındadır. Hərrac fevralın 5-də Londonda keçiriləcək.
Qeyd edək ki, ötən ilin mayında Pikassonun "Əlcəzairli qadınlar" rəsm əsəri Nyu-Yorkda keçirilən hərracda 179, 365 milyon dollara satılaraq dünyanın ən bahalı incəsənət əsəri olub.
Son xəbərlər
Son Xəbərlər