“Qafqazinfo” xəbər verir ki, “Atletiko”Madridlə oynanılan görüşdə Diyeqo Kosta ilə hava mübarizəsinə qalxan Pike zədə alıb. Aparılan həkim müayinəsindən sonra futbolçunun ən az 1 futbol oynaya bilməyəcəyi müəyyənləşib. Bu da Pikenin aprelin 9-da “Atletiko” ilə keçiriləcək Çempionlar Liqası 1/4 final mərhələsi cavab matçında olmayacağı deməkdir. İspan müdafiəçi həmçinin aprelin 16-da “Real”Madridlə keçiriləcək İspaniya kral kuboku uğrunda final matçında da komandasına yardım edə bilməyəcək.
İqbal
Son xəbərlər
Son Xəbərlər