“Piketdə aldananlar ola bilər” – - İsa Qəmbər

piketde-aldananlar-ola-biler-
Oxunma sayı: 1644


“Qafqazinfo” xəbər verir ki, bunu Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər partiya binasının qarşısında keçirilən piketə münasibət bildirərkən deyib. İsa Qəmbər facebook səhifəsində yazıb ki, hakimiyyət  eyni gündə, eyni saatlarda Müsavata qarşı iki addım atdı: “Bir tərəfdən fədakar və mübariz müsavatçı gənc Fərəc Kərimova siyasi sifarişlə 6,5 il cəza kəsdi, digər tərəfdən aylardır davam edən məhkəməyə vaxt tapmayan, amma özlərini müsavatçı adlandıran bir qrupun partiya qarşısında ”piketini" təşkil etdi. Nə bu məhkəmədən, nə də Müsavatın tədbirlərindən bir dəfə də olsun süjet hazırlamayan hakimiyyət TV-ləri bu “piketi” gen-bol reklam etdi. 

Rejimin Müsavata qarşı qəzəbinin səbəbləri aydındır: Müsavat Partiyasının prinsipial müxalifət mövqeyi, hakimiyyətin “dialoq” imitasiyasını ifşa etməsi, hakimiyyət üçün çox həssas məsələ olan Avropa Oyunlarının açılış mərasiminin boykot perspektivini gündəmdə saxlaması —hakimiyyəti qəzəbləndirən əsas səbəblər budur.“Piketdə” aldananlar ola bilər, amma təşkilatçılar özlərini birmənalı olaraq ifşa etdilər”.

Xatırladaq ki, mayın 6-da Müsavat Partiyasının qərargahının qarşısında Vurğun Əyyub və digər şəxslərin partiyadan kənarlaşdırılmasına etiraz olaraq aksiya keçirilib.