Kanada aviaşirkətinin pilotu 8 saat qidalanmadan havada qalan sərnişinlərə 23 ədəd pizza sifarişi edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, marşrutun dəyişməsi səbəbindən 8 saat havada qalan “Air Canada” layneri Frederikton şəhərində məcburi eniş edib. 150 nəfər sərnişin Frederiktonda təyyarənin göyərtəsində uzun müddət gözləməli olublar. Belə olan halda isə pilot onlara pizza sürprizi edib.
Ən böyük sürprizi isə pizzaçı yaşayıb. Belə ki, o, uzun müddət bu qədər böyük sifariş almadığını deyib.
Son xəbərlər
Son Xəbərlər