Pilot vəsiqəsi olan məşhurlar - Fotolar

pilot-vesiqesi-olan-meshurlar
Oxunma sayı: 3360

Bu gün Ümumdünya Aviasiya və Kosmonavtika günüdür.

“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı “Elle” jurnalı təyyarə sükanı arxasında əyləşən məşhurların siyahısını hazırlayıb.

Sözügedən məşhurlardan biri aktrisa Ancelina Colidir. Hollivud ulduzu 2009-cu ildə pilot lisenziyası alıb. Aktrisanın bu bacarığı ona dünyanın müxtəlif yerlərində humanitar missiyaları həyata keçirməsinə imkan yaradır.

Digər pilot lisenziyası alan məşhur isə Con Travlotadır.  O, “boing – 707” təyyarəsini idarə etmək üçün pilotluq vəsiqəsi alıb. Aktyor 2010-cu ilin yanvarında Haiti adasındakı zəlzələdə zərərçəkənlərə yardım üzrə fəal iştirak edib. 

Jizel Byundxen də pilot olan məşhurlardandır. Model yüngül helikopterlərin idarə edilməsi üzrə mütəxxəsisdir. Jizel hələ hamilə olarkən uçuş üzrə dərslər alıb. 

Məşhur Hollivud ulduzu Harrison Ford da pilotdur. Bu akityoru pilot kimi təsəvvür etmək çətin deyil. Aktyor çəkildiyi filmlərin əksəriyyətində kapitan rolunda çıxış edib.