“Qafqazinfo”nun BBC-yə istinadən məlumatına görə, hələlik pilotsuz təyyarələri kimlərin idarə etdiyi məlum deyil, lakin Fransa polisi bu hadisəyə ciddi yanaşıb.
Bu gün dronları asanlıqla mağazadan almaq mümkündür. Lakin buna baxmayaraq, pilotsuz təyyarələrin Yelisey sarayı və Fransa prezidenti Francois Hollande-ın, eləcə də bir sıra atom elektrik stansiyaları üzərindən uçuşları polisi əndişəyə salıb.
“Biz dronları idarə edənləri tapmaq üçün əlimizdən gələni edirik, lakin onlar hələ aşkar edilməyib”, - France-Presse agentliyinə polisdəki mənbəyi deyib.
Dronlar yüksək dəqiqliklə yerüstü obyektlərin çəkilişini edə bilir, lakin Paris üzərində müəmmalı uçuşların təşəbbüskarı bədəməllər yaxud adi həvəskarların olması məlum deyil.
Ötən ay Parisdə 17 nəfərin ölümü ilə nəticələnmiş islamçıların hücumlarından sonra Fransa təhlükəsizlik xidmətləri yüksək hazırlıq vəziyyətində işləyirlər.
Son xəbərlər
Son Xəbərlər