Həmkarı Kaan Yıldırımla eşq yaşayan türkiyəli aktrisa Pınar Deniz hamiləlik xəbərləri ilə bağlı ilk dəfə açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, sənətçi bu barədə siması olduğu markanın tədbirində jurnalistlərin suallarını cavablandırırakən danışıb.
O, iddiaları təsdiqləməməklə yanaşı, təkzib də etməyib.
“Hamilə olsam sizə deyərəm?”, - deyə Pınar gülərək suallara cavab verib.
Lakin aktrisa evlilik xəbərlərini təsdiqləyərək bu yaxınlarda ailə quracaqlarını deyib.
Jurnalist Birsen Altuntaşın xəbərinə görə, cütlük 17 sentyabrda nikah masasına əyləşəcək. O, Pınar Denizin 1,5 aylıq hamilə olduğunu da qeyd edib.