“Qafqazinfo” haberler.com-a istinadən xəbər verir ki, ana daha yaxşı baxılacağını düşündüyü 6 yaşlı uşağını əmisi qızına övladlıq olaraq verib.
Amma bu uşaq üçün bir fəlakətə yol açıb. Uşaq “Pinokyo” nağılını bilmədiyi üçün ip və xortumla döyülüb. Məktəbdə müəllimlər uşağın bədənində dəmir çubuq və xortum izləri ilə rastlaşıb, polisə müraciət ediblər. Polis azyaşlını döyən “ana”nı nəzarətə götürüb, uşaq müvəqqəti olaraq bioloji ana və atasına qaytarılıb.
Son xəbərlər
Son Xəbərlər