İyunun 15-də saat 02 radələrində Pirallahı rayonunda 2003-cü il təvəllüdlü Murad Zaur oğlu Qafarzadənin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən rayonun qəsəbə sakini 1981-ci il təvəllüdlü Ramil Vaqif oğlu Niftəliyevi polis əməkdaşları saxlayıb.
İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.
Araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər