Piratlar tankerdən 1,5 milyon litr yanacaq oğurladılar

piratlar-tankerden-15-milyon-litr-yanacaq-ogurladilar
Oxunma sayı: 701

Altı silahlı pirat Tayland bayrağı altında üzən tankerə hücum ediblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, piratlar ekipaj üzvlərini soyub, tankerin Yaxın Şərqdən gətirdiyi dizel yanacağının 1,5 milyon litrini öz gəmilərinə boşaldıblar. 

Hadisə ötən şənbə günü baş versə də, KİV-lər ancaq bu gün xəbər tuta biliblər. 

Dənizçilərin sözlərinə görə, piratlar tankerə Malayziya sularında hücum ediblər.

Tayland və Malayziyanın hərbi-dəniz qüvvələri piratların axtarışı və həbsi üçün birgə əməliyyata başlayıblar.