İtaliya millisinin sabiq üzvü Andrea Pirlo yenidən meydana futbolçu kimi çıxacaq.
“Qafqazinfo” xəbər verir ki, 44 yaşlı sabiq yarımmüdafiəçi “Kings League”də (“Krallar Liqası”) mübarizə aparan “Jijantes”də çıxış edəcək. Klubun sahibi “Barselona”nın keçmiş futbolçusu Jerar Pike İspaniya mətbuatına açıqlamasında Pirlonun 7 oyunda iştirak edəcəyini bildirilib. Turnir iyunun 4-də başlayacaq.
Qeyd edək ki, 2018-ci ildə karyerasını bitirən Piro baş məşqçi kimi son olaraq Türkiyənin “Fatih Karagümrük” klubunu çalışdırıb.
Son xəbərlər
Son Xəbərlər