Pirlo “Trabzonspor”un baş məşqçisi ola bilər

pirlo-trabzonsporun-bas-mesqcisi-ola-biler
Oxunma sayı: 1270

Türkiyənin “Trabzonspor” klubu yeni baş məşqçi axtarışlarını davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, Trabzon təmsilçisi hazırda “Fatih Karagümrük”ü çalışdıran Andrea Pirlonu komandaya gətirməyi planlaşdırır. Bu barədə yerli media məlumat yayıb.

“Trabzonspor” rəhbərliyi italiyalı mütəxəssislə görüşüb şərtlərini irəli sürüb. Pirlo özü də "bordo-mavilər"in baş məşqçisi olmağa isti yanaşır.