Pirlo Türkiyə klubunu çalışdıra bilər

pirlo-turkiye-klubunu-calisdira-biler
Oxunma sayı: 2130

“Yuventus”un sabiq baş məşqçisi Andrea Pirlo Türkiyənin “Fatih Karagümrük” klubunu çalışdırmağa yaxındır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Məlumata görə, 43 yaşlı mütəxəssis artıq Super Liqa klubu ilə razılığa gəlib. Tərəflərin yaxın günlərdə 1 illik müqavilə imzalaycağı bildirilir.

Qeyd edək ki, “Fatih Karagümrük” geridə qalan mövsüm 8-ci pillədə başa vurub.