Bakıda qəza törədən sürücü qaz borusuna xəsarət yetirib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə “Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərov məlumat yayıb.
O bildirib ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsində “Chevrolet Cruze” markalı avtomobil ilə törədilən qəza zamanı abonentləri təbii qazla təmin edən diametri 108 mm olan aşağı təzyiqli qaz kəməri zədələnib.
Qaz sızmasının qarşısının alınması və qəzanın fəsadlarının aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
Son xəbərlər
Son Xəbərlər