Kaliforniyalı milyoner İynea Lattanzio saxladığı pişiklər üçün hər il 1 milyon dollardan çox pul xərcləyir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 67 yaşlı qadın onlara xüsusi ev də alıb. Pişikləri çox sevən bu qadın 300-ü bala olmaqla 1000-dən çox pişik saxlayır. Bu səbəbdən də milyonçu hər il 1,6 milyon dollarını pişiklərə xərcləyir.
Xüsusi baxıcılar, baytar həkim tutan qadın sərvətini heyvanlara sərf etsə də, xoşbəxt olduğunu deyib: “Pişiklərin əhatəsində olmaq məni cavan və gümrah saxlayır”.
İynea Lattanzionun evindən maraqlı kadrlar:
Günel Hacı





Son xəbərlər
Son Xəbərlər