Pişiklərini vuran məşhur futbolçuya ağır cəzalar - Video

pisiklerini-vuran-meshur-futbolcuya-agir-cezalar
Oxunma sayı: 1858

İngiltərənin “Vest Hem” klubunun futbolçusu Kurt Zuma evində saxladığı pişiklərini təpiklədiyi üçün cəzalanıb. 

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə futbolçunun klubu onun 2 həftəlik maaşını kəsərək Heyvanları Qəddarlıqdan Müdafiə Cəmiyyətinə (RSPCA) bağışlayıb. 

Daha sonra isə adıçəkilən cəmiyyət futbolçunun pişiklərini əlindən alıb. 

London polisi futbolçu haqqında araşdırmalara başlayıb və nəticəsinin yaxın zamanlarda açıqlanacağı bildirilib. “Vest Hem” klubunun baş məşqçisi Devid Moyes isə müdafiəçinin hərəkətini tənqid edib. 

“Adidas” şirkəti də K.Zuma ilə müqaviləsini ləğv edib. 

27 yaşlı futbolçu açıqlama verərək üzr istəyib: “Olanlara görə üzr istəyirəm. Pişikləri vurduğum üçün çox peşmanam. Bu həyatımda ilk belə hadisədir”.