Pivə zavodunda yanğın - Video + Yenilənib

pive-zavodunda-yangin
Oxunma sayı: 7585

Qaxda pivə zavodunda yanğın olub.

"Qafqazinfo"nun məlumatına görə, hadisə sahibkar İsmayılov Orxan İsa oğluna məxsus zavodda baş verib. Belə ki, qazanxanada yerləşən buxar alınmasına lazım olan qurğu alışıb. Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın söndürülüb və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı qazanxananın 40 kv/metr hissəsi tamamilə yanıb.

Qeyd edək ki, zavod bir ilə yaxındır ki, fəaliyyətini dayandırıb.

Mübariz Muradov

***

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb: “Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidməti Qax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, yanğın pivə zavodunun ərazisində yerləşən qazanxanada baş verib.

Yanğınsöndürənlər tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb. Yanğın nəticəsində sahəsi təqribən 360 kv.m olan tikilidə qazanxana 40 kv.m sahədə yanıb. Obyektin böyük hissəsi yanğından mühafizə olunub”.